Çelyabinskdə keçiriləcək fotofestivalda iştirak üçün müsabiqə elan edilib

Rusiyanın Çelyabinsk şəhərinin 280 illik yubiley tədbirləri çərçivəsində “Fotofest-2016” VII beynəlxalq fotofestival keçiriləcək. Festivalda Azərbaycan fotoqraflarının yaradıcılığından ibarət xüsusi sərgi təşkil ediləcək.
Azərbaycan Fotoqraflar Birliyi (AFB) festivalda “Azərbaycan multikulturalizm diyarıdır” adlı fotosərgi ilə iştirak edəcək. AFB idarə heyətinin qərarı ilə sərgidə iştirak etmək üçün müsabiqə elan olunub.
Müsabiqədə iştirak edənlərə sertifikat təqdim ediləcək və seçilmiş fotolar Çelyabinskdə nümayiş olunacaq.
Müsabiqədə Azərbaycanda yaşayan milli azlıqların mədəniyyəti, məişəti, adət-ənənələri, mətbəxi, yaşadığı coğrafi mövqe, tolerantlığı, tanınmış şəxsiyyətləri, xalq sənəti nümunələri və sənətkarları ilə bağlı fotolar əksini tapmalıdır.
Müsabiqəyə fotolar avqustun 5-dək qəbul edilir. İştirak etmək istəyənlər fotolargngmultiafb@gmail.com ünvanına göndərməlidir. Nəticələr avqustun 10-da açıqlanacaq.