2016-cı il avqustun 12-də memar Məmmədov Fazil Qulam oğlu uzun sürən xəstəlikdən sonra vəfat etmişdir.
Fazil Məmmədov 1949-cu il aprelin 6-da Bakı şəhərində anadan olmuşdur. Azərbaycan Politexnik İnstitutunda təhsil almışdır. Uzun illər müxtəlif rəhbər vəzifələrdə, bir neçə il Mədəniyyət və Turizm Nazirliyinin Mədəni irs şöbəsində çalışmışdır. Fazil Məmmədov Azərbaycan Memarlar İttifaqının üzvü olmuşdur.
Mədəniyyət və Turizm Nazirliyinin rəhbərliyi və kollektivi nazirliyin sabiq əməkdaşı Fazil Məmmədovun vəfatından kədərləndiyini bildirir, mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.
Allah rəhmət eləsin.