Avqustun 21-də Bakıda Yaponiya mədəniyyəti günü keçiriləcək. “Made in Japan” adlı tədbir çərçivəsində yapon rəqsi, musiqiləri, səhnəciklər, yapon döyüş sənəti, oyunlar, yarışlar, oriqami, suşi və digər maraqlı əyləncəli oyunlar nümayiş ediləcək.
Yapon.az saytının təşkilatçılığı ilə gerçəkləşəcək tədbirin məqsədi Yaponiya və onun mədəniyyəti ilə maraqlananları bir araya toplamaq və onlara yapon mədəniyyəti haqqında daha çox məlumat verməkdən ibarətdir.
Tədbirə giriş ödənişsizdir.