Bakı Zooloji Parkı üçün yeni loqonun hazırlanması ilə bağlı müsabiqə keçirilir.
Dizaynerlərdən öz təkliflərini noyabrın 1-dək bakuzoologo@gmail.com elektron ünvanına göndərmələri xahiş olunur (əlaqə nömrəsi 0504902489). Qaliblər hədiyyə və pul mükafatı ilə təltif olunacaqlar. Həmçinin yeni loqonun müəllifinin adının əks olunduğu lövhə Zooloji Parkda yerləşdiriləcək.
Bakı Zooloji Parkı 2018-ci ildə 90 illik yubileyinə hazırlaşır. Yubiley ərəfəsində Zooloji Parkda əsaslı yenidənqurma və bərpa işlərinin aparılması, ərazidə müxtəlif təyinatlı əyləncə obyektlərinin istismara verilməsi və s. planlaşdırılır. Parkın fəaliyyətinin səmərəliliyinin artırılması və ictimaiyyətlə əlaqənin təkmilləşdirilməsi məqsədilə yeni internet resursları, o cümlədən yeni internet səhifəsi və sosial şəbəkələrdə səhifələr yaradılacaq.