Xəbər verdiyimiz kimi, Tayvanda Yi-lan beynəlxalq uşaq folkloru və folklor oyunu festivalı keçirilib. Avqustun 15-də başa çatan festivalda ölkəmizi Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin 11 nömrəli onbirillik Uşaq musiqi məktəbi və V.Mustafazadə adına 2 nömrəli Uşaq incəsənət məktəbinin şagirdlərindən ibarət birləşmiş “Aysel-Buta” folklor qrupu təmsil edib.
Festivalda Azərbaycan ritmləri, muğamlarımız, “Yallı”, “Nəlbəki”, “Naz eləmə” rəqsləri ifa olunub. Festival çərçivəsində Azərbaycan mətbəxi günü də keçirilib, habelə milli geyimlərin nümayişi tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.