Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2016-cı ilin avqust ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin əhali ilə növbəti görüşü Şəki şəhərində keçiriləcək. Nazir avqustun 19-da S.Rəhman adına Şəki Dövlət Dram Teatrında Şəki şəhər, Balakən, Qax, Oğuz və Zaqatala rayonlarından vətəndaşları qəbul edəcək.