Avqustun 20-də görkəmli dirijor və bəstəkar, SSRİ Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı Maestro Niyazinin anadan olmasının 104-cü ildönümüdür.
Bu münasibətlə avqustun 19-da Niyazinin mənzil-muzeyində xatirə tədbiri keçiriləcək.
Ayın 20-də mənzil-muzeyin kollektivi Fəxri xiyabanda maestronun məzarını ziyarət edəcək və sənətkarın mənzil-muzeyində “açıq qapı” günü keçiriləcək.
“Açıq qapı” günü çərçivəsində qonaqlara maestro haqqında olan sənədli filmlər, onun konsertlərindən, “Rast” muğam-baleti və “Çitra” baletindən videogörüntülər təqdim olunacaq. Musiqisevərlər gün ərzində muzeyi sərbəst ziyarət etmək imkanı əldə edəcəklər.