Türkdilli ölkələrin ortaq televiziyası “İnternational turkish news channel” adlanacaq. Telekanal 6 dildə yayımlanacaq.
Bu barədə Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının (Türk Şura) baş katibi Ramil Həsənov jurnalistlərə açıqlamasında bildirib.
O qeyd edib ki, ortaq televiziyanın yaradılması ilə bağlı siyasi qərar var. Televiziyanın harada yerləşəcəyi ilə bağlı məsələ hələ tam həllini tapmayıb. Bu, Azərbaycan, Türkiyə, Qazaxıstan da ola bilər.