Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun kitabxana və elmi informasiya şöbəsinin böyük elmi işçisi Sonaxanım Hadıyeva (Sona Xəyal) İranda “Ərdəbil günləri” (Şah İsmayıl Xətainin taxta çıxdığı günlər) tədbirində iştirak edib. Alim tədbir çərçivəsində “Qiymətli daşlar” sərgisinə, musiqili-ədəbi gecəyə, ziyalıların toplantısına və ənənəvi şeir gecəsinə qatılıb.