AMEA Rəyasət Heyətinin elmi katibi, filologiya üzrə fəlsəfə doktoru Səfa Qarayevin “Mifoloji xaos: strukturu və poetikası” monoqrafiyası çapdan çıxıb.
“Elm və təhsil” nəşriyyatı tərəfindən çap olunan monoqrafiyanın elmi redaktoru və “Ön söz”ün müəllifi Folklor İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Muxtar Kazımoğludur.
Monoqrafiyada Azərbaycan folklorunda mifoloji xaosun semantik strukturu və poetikası müasir nəzəri-metodoloji yanaşmalar əsasında araşdırılıb. Bu tədqiqat işinə qədər Azərbaycan folkloru əsasında xaos probleminin monoqrafik səviyyədə öyrənilməsi təcrübəsinə rast gəlmirik. Nəşr ali məktəb müəllimləri və tələbələr, mütəxəssislər, eləcə də folklor mövzuları ilə maraqlanan oxucu kütləsi üçün nəzərdə tutulub.

Soltan







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar