19-23 oktyabr tarixində keçiriləcək ənənəvi Frankfurt beynəlxalq kitab yarmarkasında Azərbaycan da təmsil olunacaq.
Ölkəmizin, onun zəngin mədəniyyətini, inkişaf edən nəşriyyat-poliqrafiya sahəsini, kitab sənətinin təmsil və təbliğ olunması məqsədilə Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşlarından və yerli nəşriyyat nümayəndələrindən ibarət nümayəndə heyəti Almaniyaya səfər edəcək.
Beynəlxalq kitab sərgiləri sırasında Frankfurt yarmarkası özünün nüfuzu, iştirakçı və ziyarətçilərin sayının çoxluğu, dünyanın müxtəlif kitab mədəniyyətlərinin görüşü baxımından əlamətdardır.
56 kvadratmetr sahədə, Qız qalası və Qala divarları dizaynı ilə hazırlanmış xüsusi stendlə təmsil olunacağımız sərgidə ümummilli lider Heydər Əliyevin, Prezident İlham Əliyevin həyat və fəaliyyətini əks etdirən kitablar, dövlətçiliyimizə, tariximizə, mədəniyyətimizə və ölkəmizin turizm potensialına dair nəşrlər ziyarətçilərin diqqətinə təqdim ediləcək. 22 oktyabrda milli stendimizdə 2016-cı ilin “Multikulturalizm ili” elan edilməsi ilə bağlı tədbirin keçirilməsi nəzərdə tutulur.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar