Oktyabrın 6-da Milli Kitabxananın direktoru Kərim Tahirov Azərbaycanın Latviyadakı səfiri Cavanşir Axundovla görüşüb. Görüşdə Latviyada Azərbaycan həqiqətlərinin təbliği ilə bağlı fikir mübadiləsi aparılıb. Latviya Milli Kitabxanası və Latviya Universitetinin Akademik Kitabxanasında Azərbaycan mədəni-informasiya mərkəzlərinin yaradılması və həmin mərkəzlərin mütəmadi olaraq yeni ədəbiyyatla təmin olunması, eləcə də hər iki kitabxanada Azərbaycan Milli Kitabxanasının elektron resurslarının bazası əsasında virtual oxu zalının açılması, virtual zalda rus, ingilis və digər dillərdə olan resursların tədqiqatçıların istifadəsinə verilməsi qərara alınıb və Milli Kitabxana bu işləri öz öhdəsinə götürüb.
Riqada yerləşən Azərbaycan mədəni-informasiya mərkəzi üçün ilkin olaraq Azərbaycanın tarixi, siyasəti, ədəbiyyatı, incəsənəti, mədəniyyəti, mətbəxinə dair 100 ədəbiyyat ayrılıb.

Lalə