Ədəbi-bədii gecə keçiriləcək
Oktyabrın 19-da Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, Azərbaycan Yazıçılar Birliyinin (AYB), Gənc Şairlər Birliyinin, Türkiyə Elm və Ədəbiyyat Əsərləri Sahibləri Məslək Birliyinin (İLESAM) və Yunus Əmrə İnstitutunun birgə təşəbbüsü ilə “Qardaşlıq mədəniyyəti” adlı ədəbi-bədii gecə keçiriləcək.
AYB-dən verilən məlumata görə, tədbir Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümünə həsr olunacaq. Gecədə elm, mədəniyyət, ədəbiyyat və incəsənət xadimlərinin çıxışları dinləniləcək. Sonda incəsənət ustaları konsert proqramı ilə çıxış edəcəklər.