Oktyabrın 3-4-də Qırğızıstanın Çolpon-Ata şəhərində MDB üzvü olan ölkələrin dövri mətbuat, kitab nəşri, kitab yayımı və poliqrafiya sahəsində əməkdaşlığı üzrə Dövlətlərarası Şuranın XXI iclası keçirilib. İclasda Mədəniyyət və Turizm Nazirliyinin Kitab dövriyyəsi sektorunun müdiri Lətifə Məmmədova iştirak edib.
İclasda Dövlətlərarası Şuranın XX iclasının qərarlarının yerinə yetirilməsi, MDB iştirakçıları olan ölkələrin XIII Beynəlxalq “Kitab sənəti” müsabiqəsinin yekunları, növbəti müsabiqənin keçirilməsinə hazırlıq məsələləri müzakirə edilib.
“Kitab sənəti” müsabiqəsinin baş mükafatının - “Qızıl cild” heykəlciyi şəklində Qran-prinin təsis edilməsi, elektron nəşrlərin yaradılmasının texnoloji cəhətdən təşkili, habelə elektron nəşrlərlə işin və bu nəşrlərin satışının təşkilinin hüquqi məsələləri də nəzərdən keçirilib. MDB iştirakçıları olan dövlətlərin kitab ticarəti müəssisələri arasında müsabiqə keçirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.
Şuranın üzvləri “Kitabxanalar və cəmiyyətin demokratikləşdirilməsi” XVII Beynəlxalq konfransının plenar iclasında iştirak ediblər. Mədəniyyət və Turizm Nazirliyinin sektor müdiri L.Məmmədova qeyd edib ki, informasiya və biliklər cəmiyyətində kitabxanaların rolu artmaqdadır. Kitabxanaların diyarşünaslıq məsələlərinə xüsusi önəm verməsi vacib məsələlərdən biridir.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar