“Bakı Gənclər Klubu” İctimai Birliyi tərəfindən Mədəniyyət və Turizm Nazirliyinin maliyyə dəstəyi ilə “Qafqaz Albaniyası - əsrlərdən miras qalmış tarixi və mədəni irsimiz” adlı layihə həyata keçirilir.
Layihənin məqsədi gənclərin Qədim Qafqaz Albaniyası tarixinə marağını artırmaq, tarixi və mədəni irsimizi təbliğ etmək və yerli əhalini bu abidələrin qorunmasına cəlb etməkdən ibarətdir.
Layihə çərçivəsində Şəki şəhərində yay düşərgəsi təşkil olunub. Düşərgə zamanı Şəki, Qax, Oğuz, Qəbələ rayon mərkəzləri və kəndlərinə səfərlər təşkil olunaraq, gənclərə Qafqaz Albaniyası tarixinə aid olan mədəni və tarixi abidələr haqqında məlumat verilib. Layihə iştirakçıları tərəfindən foto və video materiallar toplanıb, sərgi təşkil edilib.
Sərginin açılışında “Bakı Gənclər Klubu” İctimai Birliyinin sədri Azər Cavadov görülmüş işlərdən bəhs edib, layihəyə verilən dəstəyə görə Mədəniyyət və Turizm Nazirliyinə minnətdarlığını bildirib.
Gənclər və idman nazirinin müavini İntiqam Babayev çıxışında tarixi zənginlik və mədəni irsimizdən söz açıb, bu yöndə layihələrin gəncliyin vətənpərvərlik tərbiyəsi baxımından önəmini qeyd edib.
Mədəniyyət və Turizm Nazirliyinin Qeyri-hökumət təşkilatları ilə iş sektorunun müdiri Rəşad Əliyev gənclərin mədəni irsimizə olan marağından və layihənin uğurla başa vurulmasından danışıb.
Tədbirin rəsmi hissəsindən sonra sərgiyə baxış keçirilib.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar