Oktyabrın 14-də Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə 3 nömrəli Uşaq incəsənət məktəbində Xalq rəssamı Lətif Kərimovun 110 illiyinə həsr olunmuş sərgi açılacaq.
L.Kərimov Azərbaycan xalça sənətinin əsas istiqamətlərini müəyyənləşdirərək, onun elmi əsasını yaradıb. Eyni zamanda, unudulmuş, itirilmiş milli ornamentlərin, kompozisiyaların bərpa edilməsinə, xalq ənənələrinin yenidən həyata qaytarılıb zənginləşdirilməsinə öz töhfəsini verib. O, tədqiq etdiyi xalçaları 1961-ci ildə kitab halında çap etdirib. "Azərbaycan xalçası” kitabında milli xalça ornamentləri, kompozisiyaları, çeşniləri, 1300-dən artıq elementin izahı əksini tapıb.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar