Kanadanın Alberta əyalətində fəaliyyət göstərən Alberta Azərbaycan Mədəniyyət Mərkəzi ilk dəfə mədəniyyət günü təşkil edib. Tədbir əyalətin Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycanın Kanadadakı səfirliyinin dəstəyi ilə keçirilib.
Tədbirdə “Kalqari ulduzları” qrupu iştirakçılara Azərbaycanın milli rəqslərini nümayiş etdirib. Yerli “HYMN” qrupunun ifasında canlı musiqi, “Qaya-Kalqari” qrupunun ifasında isə “Bəri gəl” xalq mahnısı təqdim olunub. Soydaşımız Təhminə Rafaella tərəfindən İçərişəhərlə bağlı filmin təqdimatı da olub.
Qonaqlar Azərbaycanın milli şirniyyatlarından, o cümlədən paxlava və şəkərburadan dadıblar.
Alberta əyalətinin mədəniyyət və turizm naziri Rikardo Miranda çıxış edərək belə gözəl tədbirin təşkilinə görə mərkəzin üzvlərinə minnətdarlığını bildirib.
Mərkəzin prezidenti Famil Qarayev Kalqaridə yaşayan azərbaycanlılar adından xatirə hədiyyəsi olaraq üzərində Azərbaycan xalçasının əks olunduğu plaketi, ölkəmizlə bağlı nəşrlərdən və milli şirniyyatlarımızdan ibarət xonçanı R.Mirandaya təqdim edib.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar