Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümü ilə bağlı Prezident İlham Əliyevə xarici ölkələrin, beynəlxalq qurumların rəhbərlərindən təbrik məktubları gəlməkdə davam edir.
TÜRKSOY-un baş katibi Düsen Kaseinovun təbrik məktubunda deyilir: “Bu il dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümünü qeyd etdiyimiz Azərbaycan Respublikası Zati-alinizin uzaqgörən siyasəti və müdrik rəhbərliyi sayəsində inkişaf edərək dünyanın siyasi, iqtisadi və mədəni həyatında layiqli yerini tutub.
Əminəm ki, TÜRKSOY çərçivəsində həyata keçirilən beynəlxalq layihələrdə geniş təmsil olunan zəngin və rəngarəng Azərbaycan mədəniyyəti bundan sonra da ümumtürk mədəniyyətinin inkişafına öz töhfələrini verməkdə davam edəcək.
Bu xoş fürsətdən istifadə edərək, Zati-alinizə möhkəm cansağlığı, xoşbəxtlik və qardaş Azərbaycan xalqına sülh, tərəqqi və əmin-amanlıq arzu edirəm”.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar