Oktyabrın 25-də Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan Milli İncəsənət Muzeyində Əməkdar incəsənət xadimi, görkəmli rəssam Əyyub Hüseynovun 100 illik yubiley sərgisi keçiriləcək.
Ə.Hüseynov 1916-cı il sentyabrın 3-də Naxçıvanda anadan olub. Azərbaycan Rəssamlıq Texnikumunu, Tbilisi Rəssamlıq Akademiyasını bitirib. Bir müddət Naxçıvan Dövlət Dram Teatrında rəssam kimi çalışıb. 1948-ci ildə Bakıya gələrək, Ə.Əzimzadə adına Rəssamlıq Texnikumunda pedaqoji fəaliyyətə başlayıb, sonra təhsil ocağının direktoru olub. 1998-ci ildə dünyasını dəyişən Ə.Hüseynov ömrünün əlli ilini gənc rəssamlar nəslinin yetişməsinə sərf edib.
Rəssam mənzərə, portret, məişət janrlarına müraciət edib, müxtəlif mövzularda rəngarəng tablolar və özünəməxsus bədii xüsusiyyətləri ilə seçilən üslub yaradıb.
Sərgidə rəssamın ailəsinin kolleksiyasında, Azərbaycan Dövlət Rəsm Qalereyası və Azərbaycan Milli İncəsənət Muzeyinin fondunda saxlanılan əsərlər nümayiş olunacaq. Sərgi oktyabrın 29-dək davam edəcək.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar