Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin Səbail rayon MKS-nin 3 saylı filialının əməkdaşları “Azərbaycan Uşaqları” İctimai Birliyinin problemli ailələr və uşaqlar üçün təşkil etdiyi sığınacaqda “Qayğımızı əsirgəməyək” devizi altında görüş keçiriblər. Uşaqlara kitab oxumağın üstünlükləri, sosial həyatlarında üzləşdikləri çətinliklərdə mütaliənin kömək edəcəyi barədə məlumat verilib. Uşaqlar aparılan kitablarla tanış olduqdan sonra onlara kitabxana əməkdaşları tərəfindən nağıllar oxunub və onların nağıl haqqında düşüncələri dinlənilib, nağıllara çəkdikləri şəkillər müzakirə olunub.