Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2016-cı ilin oktyabr ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev tərəfindən oktyabrın 24-də saat 11:00-da Masallı şəhərindəki Heydər Əliyev Mərkəzində (Qarabağ küçəsi, 17) Lənkəran şəhər, Astara, Cəlilabad, Lerik, Masallı və Yardımlı rayonlarından olan vətəndaşların qəbulu keçiriləcək.
Vətəndaşlar nazirliyin mct@mct.gov.az elektron poçt ünvanı, e-services. mct.gov.az elektron xidmətlər saytı, telefon məlumat sistemi (qaynar xətt: 147) və ya (012) 493-55-21 nömrəli telefon vasitəsilə (əlaqələndirici şəxs Pərviz İsgəndərli) qəbula yazıla bilərlər.
Qəbula gəlmək istəyən vətəndaşların həmçinin aşağıda qeyd olunmuş rayon mədəniyyət və turizm şöbələri ilə əlaqə saxlamaları xahiş olunur.
Sıra №-si |
Şəhər (rayon) mədəniyyət və turizm şöbəsi |
Əlaqələndirici şəxs |
Əlaqə telefonu |
1. |
Masallı Rayon Mədəniyyət və Turizm Şöbəsi |
Lətifə Mövsümova |
(050) 323-80-00 (02521) 5-31-43 |
2. |
Lənkəran Şəhər Mədəniyyət və Turizm Şöbəsi |
Vüsal Nəsirli |
(070) 281-16-81 (02525) 5-48-01 |
3. |
Astara Rayon Mədəniyyət və Turizm Şöbəsi |
Şadoğlan Bayramov |
(050) 324-24-10 (02522) 5-31-40 |
4. |
Lerik Rayon Mədəniyyət və Turizm Şöbəsi |
Aqil Sucayev |
(050) 632-52-82 (02527) 4-60-49 |
5. |
Cəlilabad Rayon Mədəniyyət və Turizm Şöbəsi |
Rəşad Salmanov |
(050) 212-21-92 (02524) 5-55-31 |
6. |
Yardımlı Rayon Mədəniyyət və Turizm Şöbəsi |
Ayaz Əliyev |
(050) 336-73-23 (02520) 6-11-06 |