Salman Mümtaz adına Azərbaycan Dövlət Ədəbiyyat və İncəsənət Arxivinin direktoru, ədəbiyyatşünas, mətnşünas, publisist Maarif Teymur oktyabrın 10-da vəfat edib.
Maarif Abı oğlu Teymurov 1946-cı il mayın 10-da Masallı rayonunun Ərkivan kəndində anadan olub. BDU-nun Kitabşünaslıq və nəşriyyat işi fakültəsində və Moskvada Tarix-Arxivşünaslıq İnstitutunda təhsil alıb. 1966-cı ildən Salman Mümtaz adına Azərbaycan Dövlət Ədəbiyyat və İncəsənət Arxivində kiçik elmi işçi, böyük elmi işçi, şöbə rəisi, elmi işlər üzrə direktor müavini olub. 1987-ci ildən arxivin direktoru vəzifəsində çalışıb.
Onun C.Hacıbəyli, Ə.Hüseynzadə, M.Məhərrəmzadə, M.Ə.Rəsulzadə, A.İldırım, Ə.Yusif, E.Qurtulan və digər istiqlal mücahidləri haqqında məqalələri dövri mətbuatda müntəzəm dərc olunaraq oxucuların rəğbətini qazanıb. A.İldırımın şeirlərini toplayaraq nəşr etdirib, şair haqqında tədqiqat əsəri yazıb. Həmçinin bu şəxsiyyətlər barədə televiziya və radio verilişləri hazırlayıb.
Tədqiqatçının ədəbiyyat və mədəniyyətimizin açılmamış səhifələrinə dair 250-dən artıq məqaləsi qəzet, jurnallarda çap olunub. O, 600-dən çox tanınmış şəxsiyyətin arxiv fondunun yaradılmasında fəal iştirak edib.
Azərbaycan Yazıçılar Birliyi, Teatr Xadimləri İttifaqı və Azərbaycan Jurnalistlər Birliyinin üzvü olan Maarif Teymur 1994-cü ildə Moskvada təşkil edilən "Orijinal sənədlərin sərgisi"ndə fəal iştirakına görə bürünc medal, müxtəlif təşkilatların mükafat və fəxri fərmanları ilə təltif edilib.
Maarif Teymur doğma kəndində dəfn olunub.
Allah rəhmət eləsin.








Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar