Cənubi Qafqazda alman yaşayış məntəqələrinin 200 illiyinin qeyd edilməsi barədə fikir mübadiləsi aparılıb

Oktyabrın 21-də mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva Almaniyanın Azərbaycandakı səfirliyinin birinci katibi Paul Amann və ikinci katibi Heike Mökeli qəbul edib.
Görüşdə UNESCO-nun yubileylər proqramı çərçivəsində Cənubi Qafqazda alman yaşayış məntəqələrinin salınmasının (1817) 200 illik yubileyinin qeyd edilməsi barədə fikir mübadiləsi aparılıb. Yubileylə bağlı səfirlik tərəfindən həyata keçiriləcək layihələrə Almaniya şirkətlərinin cəlb edilməsi, həmçinin Almaniya hökumətinin layihələrə dəstək göstərməsinin təşviq olunması məsələsi müzakirə edilib.
Səfirliyin nümayəndələri səmimi qəbula görə nazir müavininə minnətdarlıqlarını bildiriblər.








Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar