UNESCO-nun Dünya İrs Komitəsinin bu ilin iyulunda Türkiyənin İstanbul şəhərində keçirilən və 15 iyul hadisələrinə görə yarımçıq qalan 40-cı sessiyası oktyabrın 24-də Parisdə, UNESCO-nun mənzil-qərargahında işini davam etdirib.
Azərbaycanın UNESCO yanında daimi nümayəndəliyinin rəhbəri, səfir Anar Kərimovun rəhbərlik etdiyi nümayəndə heyəti tədbirdə iştirak edir. Nümayəndə heyətinə Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşları və mədəniyyət üzrə milli ekspert Rizvan Bayramov da daxildir.
Sessiyada operativ qaydalara əlavələr, ümumdünya irs abidələri, onların mühafizə statusu kimi məsələlər müzakirə edilir.
Xatırladaq ki, Azərbaycan ötən il UNESCO-nun Dünya İrs Komitəsinə dörd illik müddətə üzv seçilib. Komitə mədəniyyət və təbiət abidələrinin mühafizəsi üzrə 1972-ci il Konvensiyasının icrasına nəzarət edir və Dünya irs siyahısına dair qərarlar qəbul edir.
Komitənin iclası oktyabrın 26-dək davam edəcək.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar