Qazaxıstanın Türkiyədəki səfiri Canseyit Tüymebayevin səlahiyyət müddətinin başa çatması münasibətilə Ankarada mərasim keçirildi. Tədbirdə Türkiyə Prezidentinin müşaviri İbrahim Kalın, Baş nazirin müavini Toğrul Türkeş, Azərbaycanın Türkiyədəki səfiri Faiq Bağırov, müxtəlif ölkələrin diplomatları, TÜRKSOY təmsilçiləri və digər yerli qurumların nümayəndələri iştirak edirdi.
Canseyit Tüymebayev “Mədəniyyət” qəzetinə verdiyi açıqlamada bundan sonra Cənubi Qazaxıstan vilayətinin valisi kimi fəaliyyət göstərəcəyini və orada yaşayan azərbaycanlılarla sıx işbirliyində olacağını bildirdi: “Türkiyədəki səfir səlahiyyətimi başa çatdıraraq öz vətənimə vali kimi dönürəm. Ölkəmizdə “Qazaxıstan Xalqları Assambleyası” adlı qurum fəaliyyət göstərir. Assambleyada azərbaycanlı icması da təmsil olunur. Azərbaycanlılar Qazaxıstanın cənub bölgəsində çox aktivdirlər. Qazaxıstandakı bütün xalqlar bu qurumun tərkibində birləşərək sülh içərisində yaşayırlar. Bu istiqamətdə onlarla hər zaman bərabərik və bərabər olacağıq”.

Mehparə