Oktyabrın 28-də Beynəlxalq Muğam Mərkəzində görkəmli Azərbaycan şairi Məhəmmədhüseyn Şəhriyarın anadan olmasının 110 illiyi qeyd ediləcək.
Mədəniyyət və Turizm Nazirliyi ilə Azərbaycan Yazıçılar Birliyinin birgə təşkilatçılığı əsasında baş tutacaq tədbirdə şeirimizi yüksək zirvələrə qaldıran, insanlara vətənpərvərlik duyğuları aşılayan, milli həmrəylik ideyası təbliğ edən, milli ruhun oyanışında böyük xidmətləri olan Şəhriyar yaradıcılığından söz açılacaq. Klassik şeirin bütün şəkillərinə müraciət edən şairin şeirlərindən nümunələr səsləndiriləcək.