Oktyabrın 26-da Xalça Muzeyində “Azərbaycanın mədəni sərvəti” layihəsi çərçivəsində parça, tikmə və milli geyimlərin bərpası üzrə mühazirələr və ustad dərsləri təşkil olunub. Tədbir UNESCO üzrə Azərbaycan Milli Komissiyası və Xalça Muzeyinin birgə təşkilatçılığı ilə baş tutub.
Muzeyin mətbuat xidmətindən bildirilib ki, parça, tikmə və milli geyimlərin bərpası “Azərbaycanın mədəni sərvəti” layihəsinin bir proqramıdır. Proqramın məqsədi bu sahə üzrə yeni kadrların yetişdirilməsi və muzeydə müasir, beynəlxalq standartlara cavab verən bərpa mərkəzinin yaradılmasıdır.
Dərslər Almaniyanın Drezden Dövlət İncəsənət Kolleksiyasının parça, tikmə və geyim üzrə bərpaçı-mütəxəssisi Kristina Müller-Radloff tərəfindən keçirilir.
Xanım Müller-Radloff 1982-2009-cu illərdə Leypsiq Etnoqrafiya Muzeyində, 2010-cu ildən etibarən isə Drezden Dövlət İncəsənət Kolleksiyasında tekstil konservatoru vəzifəsində çalışır. O bir sıra təşkilat və müəssisələr tərəfindən keçirilmiş təlimlərdə iştirak etmiş və dünyanın bütün qitələrindən olan tekstil kolleksiyalarının bərpası və konservasiyası ilə məşğuldur.
Parça, tikmə və milli geyimlərin bərpası üzrə mühazirələr və ustad dərsləri noyabrın 1-dək davam edəcək.








Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar