Oktyabrın 24-də görkəmli Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin anadan olmasının ildönümü ilə əlaqədar Monteneqronun Podqoritsa şəhərində anım mərasimi keçirilib.
Ölkəmizin Monteneqrodakı diplomatik nümayəndəliyinin, Azərbaycan-Monteneqro İqtisadi-Mədəni Mərkəzinin və diasporumuzun nümayəndələri Hüseyn Cavidin Podqoritsa şəhərindəki Kral parkında ucaldılmış büstünün önünə tər çiçəklər qoyaraq xatirəsini hörmətlə yad ediblər.
Mütəfəkkir ədibin xatirəsinin Monteneqroda əbədiləşdirilməsi və büstünün ucaldılması Prezident İlham Əliyevin “Hüseyn Cavidin 130 illik yubileyinin keçirilməsi haqqında” sərəncamına əsasən gerçəkləşdirilib. 2013-cü il sentyabrın 11-də Monteneqronun Baş naziri Milo Cukanoviçin və Azərbaycan Respublikası Baş nazirinin müavini Elçin Əfəndiyevin iştirakı ilə büstün təntənəli açılış mərasimi keçirilib.