Şair, publisist, jurnalist, Azərbaycan Yazıçılar Birliyinin üzvü Taleh Həmid oktyabrın 31-də, 64 yaşında dünyasını dəyişib.
Taleh Həmid 1952-ci il iyunun 19-da Şəmkir rayonunun Dəllər Cəyir kəndində doğulub. 1975-1980-ci illərdə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində təhsil alıb. 1980-ci ildə gənc jurnalistlərin, 1984-cü ildə gənc yazıçıların ümumittifaq müşavirələrində iştirak edib. 1985-ci ildə SSRİ Yazıçılar Birliyinin üzvü seçilib, 1986-cı ildə Respublika Lenin Komsomolu mükafatına layiq görülüb.
Müxtəlif mətbu orqanlarda çalışıb, “Ulduz” jurnalının şöbə müdiri (1979-1989), “Yeni fikir” qəzetinin baş redaktoru (1989-1992) , “Müstəqil qəzet”in təsisçisi və baş redaktoru (1992-2005) olub. 2005-2015-ci illərdə Regionların İnkişafı İctimai Birliyinin sədr müavini olub.
“Qapımı bahar döyür”, “Dünya yaxşıdır hələ”, “Mən gözləyən olsa”, “Bu gündən sabaha”, “Mənə ürəyində yaz yeri saxla”, “Günəşdən gizlənir yay çiçəkləri”, “Ömrün payız sovqatı”, “Sənə məktublar yazıram” və digər şeir və publisistika kitabları işıq üzü görüb. 2010-cu ildə şeir və poemalarından ibarət ikicildliyi Mədəniyyət və Turizm Nazirliyinin “Qızıl kəlmə” ədəbi mükafatına layiq görülüb. 2015-ci ildə Taleh Həmidin “Yəhya bəy Dilqəm” adlı ikihissəli lirik-psixoloji dramı Naxçıvan Dövlət Musiqili Dram Teatrında tamaşaya qoyulub.
Allah rəhmət eləsin.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar