Oktyabrın 27-də Ankarada Xaricdə Yaşayan Türklər və Qohum Topluluqlar Qurumu (YTB) və Türkmənistanın Türkiyədəki səfirliyinin birgə təşkilatçılığı ilə bu ölkənin müstəqilliyinin 25-ci ildönümünə həsr olunmuş mərasim keçirildi.
Tədbirdə Türkiyə-Türkmənistan Dostluq Dərnəyinin sədri Selahettin Baysal, YTB başqanı Kudret Bülbül, Türkmənistanın Ankaradakı baş konsulu Murat Akmamme çıxış etdilər.
Bildirildi ki, Türkmənistan müstəqillik dövründə dünya dövlətləri ilə əlaqələrini genişləndirərək beynəlxalq aləmdə layiqli yerə sahib olub. Bu münasibətlərin qurulmasında Türkiyənin xüsusi yeri var. 1991-ci ildə Türkmənistanın müstəqilliyini ilk tanıyan ölkə Türkiyə oldu. İki ölkə ortaq tarixi, dili, dini və mədəniyyəti paylaşır.
Panel iclasında Ankara Universitetinin müəllimi, professor Berdi Sarıyev, Türk Boyları Konfederasiyasının rəhbəri Durhasan Koca və başqaları iki ölkə arasında iqtisadi, sosial, siyasi və mədəni əlaqələrdən danışdılar.
Tədbirdə Türkmənistanla bağlı sənədli film nümayiş etdirildi, türkmən musiqisinin sədaları altında rəsm sərgisinə baxış keçirildi.

Mehparə







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar