Noyabrın 15-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Xalq artisti Yaşar Nurinin anadan olmasının 65 illiyinə həsr olunmuş tədbir keçiriləcək.
Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə gerçəkləşəcək tədbirdə sənətkarın həyat və yaradıcılığından, sənət fəaliyyətindən danışılacaq. Mərasimdə sənətkarın xatirəsinə həsr olunmuş fotosərgi açılacaq, vaxtilə iştirak etdiyi səhnə əsərlərindən fraqmentlər təqdim olunacaq.