Noyabrın 1-də Mədəniyyət və Turizm Nazirliyində nazir müavini Sevda Məmmədəliyevanın iştirakı ilə “Mədəni sərvətlərin idxalı, ixracı və Azərbaycan Respublikasının ərazisindən tranzitlə keçirilməsi” məsələsinə dair iclas keçirilib.
İclasa nazirliyin məsul əməkdaşları, Azərbaycan Milli İncəsənət Muzeyinin əməkdaşları, eləcə də Avropa İttifaqının dəstəyi ilə həyata keçirilən “Mədəniyyət sektorunun idarə olunması sisteminin modernləşdirilməsində Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinə dəstək” adlı tvinninq layihəsinin yerli koordinatoru Alessandro Bianki və İtaliyadan mədəniyyət sərvətlərinin ixracı və idxalı üzrə hüquqşünas Paolo Ferri qatılıb.
İclasda “Mədəni sərvətlərin idxalı, ixracı və Azərbaycan Respublikasının ərazisindən tranzitlə keçirilməsi Qaydası” və “Sərgi, qastrol səfərləri, bərpa işləri, təqdimat, beynəlxalq mədəniyyət tədbirlərinin keçirilməsi ilə əlaqədar mədəni sərvətlərin müvəqqəti ixracı Qaydaları” müzakirə edilib, milli mədəni irsin qorunması şərti ilə turistlərin əldə etdikləri mədəni sərvətlərin ölkədən çıxarılması zamanı problemlərin həlli yolları araşdırılıb və müvafiq təkliflər irəli sürülüb.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar