İlk dəfə bu şəhərdə 2011-ci ildə olmuşam. Həmin il Şəki “Azərbaycanın sənətkarlıq paytaxtı” seçilmişdi. Beş il sonra Şəki artıq “Türk dünyasının mədəniyyət paytaxtı” elan olunub. Bu illər ərzində Şəki çox inkişaf edib, dəyişib. Burada tarixi-mədəni irsin qorunmasına böyük diqqət göstərilir.
Bu sözləri TÜRKSOY-un baş katibinin müavini Fırat Purtaş Şəkidə jurnalistlərə müsahibəsində deyib.
Şəki şəhərinin UNESCO-nun Dünya irs siyahısına da daxil ediləcəyinə əminliyini bildirən TÜRKSOY-un rəsmisi “Bu istiqamətdə məqsədyönlü iş aparılır. Şəki zəngin tarixi-mədəni irsi ilə buna tam layiqdir”, - deyə bildirib.
TÜRKSOY-un dəstəyi çərçivəsində türk elm və sənət adamlarının iştirakı ilə Şəkidə bir sıra tədbirlərin keçirildiyini diqqətə çatdıran təşkilatın rəsmisi, bu tədbirlərin ortaq türk mədəniyyətinin inkişaf etdirilməsi, Şəkinin daha geniş tanıdılması baxımından əhəmiyyətini vurğulayıb.
“Müstəqilliyinin bərpasının 25 illiyini qeyd edən Azərbaycanda bütün sahələr kimi, mədəniyyət də sürətlə inkişaf edir. Bu inkişaf paytaxtla yanaşı, bölgələrdə də aydın hiss olunur. Bundan qürur duyuruq”, - deyə o əlavə edib.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar