Bütün ölçülərlə birgə sənət üçün danılmaz bir keyfiyyət də var: tamaşaçı marağı. Və bu gün hamımız etiraf etməyə məcburuq ki, seriallara baxırlar, serialları sevirlər.


Günün səbirsiz tamaşaçısı acı bağırsaq kimi uzanan sentimental və hətta bayağı hekayətlərə baxmağa necə hövsələ edir? Baş sındırılası sualdır. Axı necə olur ki, rejissor işi sıfır, operator işi mənfi, aktyor oyunu alayarımçıq olan bu ekran əsərləri tamaşaçıların marağına səbəb olur, ən milli insanlar, evdar qadınlar, hətta çadralı arvadlar uzaq Meksikada, yaxud Braziliyada lentə alınan bu yalançı əhvalatları maraqla gözləyir, izləyir, təsirlənir, həyəcanlanırlar?  Nədir bunun sirri? Bəlkə, bizim kinoçəkənlərin bilmədiyi hansısa incə bir nüans var? İnanın ki, söyləmək çətindir. Biz dəfələrlə serialların bu qədər maraq doğurmasının səbəbi ilə əlaqədar sorğu keçirmişik. Ən yaddaqalan cavablar bunlar olub:

- Bəsitdir, ona görə də hamı başa düşür.

- Seriallara, adətən, boş-bekar insanlar, yaşlı kişilər və uşaqlar baxırlar.

- Maraqlıdır, ona görə baxırlar.
- Bilmirəm, mən izləmirəm.

- Bizdə maraqlı heç nə çəkilmir, ona görə...

Ancaq bu mülahizələri ciddi təhlil etsək, görərək ki, serialların böyük auditoriya qazanmasının səbəbi yalnız sadalananlar deyil. Nəsə ayrı bir izahı da var...


Elə biri mən özüm. Efirimizi fəth edən, axşam evə gələn kimi, səhər evdən çıxmamış gözümüzə girən seriallardan o qədər də xoşlanmıram. Düzdür, bu ekran «əsər»lərində adamın marağına səbəb olan bəzi məqamlar olur. Buna baxmayaraq, dəqiq bilirəm ki, seriallar mənasızdır, yalançıdır, aldadıcıdır!


Yalımdadır. Deməli, səhər-səhər çayımı içirdim ki, durub işə gəlim, istər-istəməz əlimi pulta atdım və ovqatımın təlx olmaması üçün ANS-i aradım. Anındaca telekanalın dublyaj edib yayımladığı serial ekrana gəldi. Gərək ki, adı «Mariana» idi. Nədən bilirəm? Serialda Mariana adında gözəl bir qız var idi.

İki qadın söhbət edir:

- Axı mən qızıma necə deyim ki, Serxio xəstəxanada evlənir?

O biri qadın:

- Serxio ölüm ayağında olan o qadın üçün bu hərəkəti edir.

- Bəlkə, o qadın ölmədi, sağaldı! Mən qızımdan bunu necə gizlədim?
Bu zaman otağa həmin gözəl qız daxil olur və:

- Ana, sən məndən nəyi gizlədirsən?, - deyir. Musiqi, şaşqın baxışlar və kadr dəyişir...
Maraqsızdır? Etiraf edin. Ən azı adamı özünə cəlb edir. Serialdan adi bir fraqment bu qədər cəlbedicidirsə, tamaşaçı niyə ona baxmasın, niyə Mariananın həyatını axıra qədər izləməsin? Deməyim odu ki, bəlkə, biz bu seriallardan indiki tamaşaçının nə istədiyini öyrənə bilərik. İnanın, bu istəyi öyrənəndən sonra səviyyəli əsərləri də geniş auditoriyaya çıxarmaq mümkün olacaq.


Məsələn, mən serial-tamaşaçı münasibətlərindən onu hiss etmişəm ki, insan daha çox cinsəl məxluqdur. O, məhəbbət və eşqbazlıq tərəfdarıdır. Yaşlılar bu münasibətə ona görə didaktik yanaşırlar ki, cinsəl problemləri var (bu yerdə artıq Freydin qulaqları cingildəyir). Tamaşaçı eşq xatirinə hətta ögey qardaş-bacıların, əmi-qardaş qızının, qayın-qardaş arvadının və s. münasibətlərinə haqq qazandırırlar, onların qovuşmasını istəyir, bu münasibətlərə mane olanların məhv olmasını arzulayırlar. Seriallar azəri qadınının iç üzünü açır, əslində onun mentaliteti o qədər də sevmədiyini ortaya çıxarır.


İnsan mahiyyətcə həm də şeytanidir

Tanrı şeytana insanın qəlbinə girmək icazəsini verib. Seriallar qəlbimizdəki şeytana əl çaldırır, onu xoşbəxt edir. Kürəyi çilli Braziliya qadınları çılpaq bədənləri, parlaq dərili və ətli baldırları, yuvarlaq əndamları ilə azəri kişisinin marağını kəsb edir, ona hətta öz qadınını unutdura bilir. Mən ərini seriallara qısqanan onlarla qadın tanıyıram.


Həqiqət pünhanlığı sevir. Şeytanilik daim aşkardadır. İnsan içindəki haqqı oyatmaq üçün xeyli zəhmət çəkməlidir. Ancaq şeytan nəinki oyaqdır, hətta hər zaman insanın içinə soxulmağa məqam axtarır. Seriallar qəlbimizin qapılarını şeytanın üzünə taybatay açır. Şeytanilik insana həzz verir, heyvani şəhvət bəxş edir. İnsan bu heyvani şəhvəti öldürə bildiyi qədər insandır.

Sadə bir misal: Röyanın səsi Tanrı vergisidir. Ancaq onu bəsirəti kor tamaşaçı heç vaxt istedadına görə gündəmdə saxlamır. 
Rəqsanəni, Elarizi 5 min dollara toya aparan insanları bir serialla məhv eləməyə nə var ki!

İntiqam   







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar