Həbibə Mirzəyevanın filmi fevralda hazır olacaq

“Debüt” studiyasında Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə  istehsal edilmiş “Xəyalların gündəliyi” filmi artıq tamamlanıb. Filmin video versiyasının neqativi İran laboratoriyasına göndərilib. İran  laboratoriyasında işlərin gecikməsinə səbəb isə bu ölkədə keçirilən kino festivaldır.  Həbibə Mirzəyevanın ekranlaşdırdığı “Xəyalların gündəliyi” filmi fevral ayında kinolentdə tam hazır olacaq.
17 dəqiqədən ibarət olan filmin ssenari müəllifi Ramiz Rövşən və Həbibə Mirzəyeva, operatoru Rəşad Nuriyev, musiqi tərtibatçısı Rauf Əliyevdir.
Film xidmətçi işləyən gənc bir qızın həyatından bəhs edir. Həmin qız sahibəsinin itini gəzdirərkən tanış olduğu oğlana - iş adamına özü haqqında uydurduğu xəyalları danışır və oğlana özünü varlı təbəqənin nümayəndəsi kimi tanıtdırır. Sonda hər şeyin üstü açılır. Qızın qurduğu xəyallar onu peşman edir.

İntiqam







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar