Filmin rejissoru Fariz Əhmədov festivalda iştirak edəcək

Gənc rejissor Fariz Əhmədovun «Lahıc ritmləri» sənədli filmi  fevral ayının 6-dan 14-dək keçiriləcək 59-cu Berlin kinofestivalının «Berlin Talant Campus» müsabiqəsində Azərbaycanı təmsil edəcək. «Lahıc ritmləri» festivala təqdim edilən 3800 ekran əsərindən seçilən 128 filmdən  biridir. Festivalda 106 ölkə iştirak edəcək.

Xatırladaq ki, film 2008-ci ildə «İmper Qrup» prodüser mərkəzində istehsal olunub. Film 2008-ci ilin dekabr ayında Bakıda keçirilən V «Start» Tələbə Filmləri Festivalında «Ən yaxşı sənədli filim» nominasiyasında qalib gəlib. Filmin ssenari müəllifi  Nərgiz Bağırzadə, quruluşçu operatoru Üzeyir Abbas, prodüseri isə Nizami Abbasdır. Kino lentinə çəkilmiş filmdə İsmayıllı rayonunun Lahıc qəsəbəsindəki insanların gündəlik həyatı təsvir edilmişdir. Etnoqrafik elementlərlə zəngin 8 dəqiqəlik filmdə dialoqlardan istifadə edilməmiş, təsvir həlli əsas götürülmüşdür.  

İntiqam







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar