Türkiyə tərəf Azərbaycanda türk dilində yayımın olması üçün qanuna dəyişiklik edilməsini istəyir
Teleradio Şurası bu ilin yanvarından türk seriallarının Azərbaycanda dublyaj olunduqdan sonra yayımlanması haqqında qərar qəbul edib. Bununla bağlı Türkiyə mətbuatında Türkiyə Radio-Televizyon Kurulu Azərbaycanda türk dilinə qoyulan qadağaya münasibət bildirib.
TRTK-nın izləmə-dəyərləndirmə və xarici dillərdə yayıma nəzarət şöbəsinin rəhbəri Abdurrahman Canpolad bildirib ki, dünyanın əksər ölkələrində başqa dillərdə verilişlər yayılır: “Müəyyən çərçivəni keçmədən belə yayımlar Türkiyədə də var. Məsələn, TRT başqa dillərdə də verilişlər yayır. Azərbaycanda türk dilində yayımın olması üçün yayım haqqında qanuna dəyişiklik edilməlidir. Başqa ölkələrdə bu belədir. Məsələn, Yunanıstanda yayımın 40, İspaniyada yayımın 60 faizi başqa dil və ləhcələrdədir. Azərbaycanda da türk dilində verilişlərin sərbəst yayımlanması üçün qanundakı qadağa aradan götürülməli və ora əlavə maddə salınmalıdır”.
A.Canpolad bildirib ki, MTRŞ ilə bu məsələləri TRTK-nın Yusuf Turan adlı səlahiyyətlisi müzakirə edir: «MTRŞ-dən bura gəliblər, Yusuf Turan ora gedib və bu məsələlər hələ müzakirə olunur».
İntiqam