Qızıl və gümüş ayıların kimə qismət olacağına Tilda Suintonun rəhbərlik etdiyi beynəlxalq münsiflər heyəti qərar verəcək
Berlin Kino Festivalında iştirak etmək üçün bu il Almaniyaya 6 min film göndərilib. Bu filmlərdən üç yüzü müsabiqəyə buraxılıb. Festivalda dünyaşöhrətli ulduzlar Keyt Uinslet, Tommi Li Cons, Stiv Martin, Rene Zillveger, Mişel Pfayfer, Ayşvariya Ray, Demi Mur və Qael Qarsiya Bernal iştirak edir.
Festival fevralın 6-da almaniyalı rejissor Tom Tikverin «Beynəlxalq» filmi ilə açılıb. Baş rollarda Klayv Ouen və Naomi Uottsun çəkildiyi filmdə maliyyə dünyasının qara oyunçularından bəhs edilir. Berlin Beynəlxalq Kino Festivalının əsas müsabiqə proqramına salınmış 17 filmin 14-nün dünya premyerası artıq baş tutub. Proqrama daxil edilmiş filmlərin çoxu Almaniyada ilk dəfə nümayiş etdirilir.
Nümayiş bu gün Helke Misselvitsin «Qışdan sonra yaz gəlir» filmi ilə başlanacaq. Festival başa çatandan sonra proqram bütün Almaniya boyunca səfərə çıxacaq. Əsas “Berlinale” mükafatları - qızıl və gümüş ayıların kimə qismət olacağına isə Tilda Suintonun rəhbərlik etdiyi beynəlxalq münsiflər heyəti qərar verəcək. Münsiflər heyətinə, həmçinin İspaniya rejissoru və yazıçısı İzabell Kuase, müasir dövrün ən öncül kinematoqrafçılarından biri, rejissor və ssenarist Qaston Kabore , bestsellerlər müəllifi, isveçli Henninq Mankell, Almaniyanın aparıcı teatr və kino rejissoru Kristof Şlinqenzif, honkonqlu müstəqil rejissor Ueyn Vonq da daxildir. Beynəlxalq münsiflər heyətinin siyahısında son yeri amerikalı Elis Uoters tutur.
Aytək