Azərbaycanın xalq artisti Həsənağa Turabovun vəfatının 6-cı ildönümü ilə əlaqədar uzun illər çalışdığı Azərbaycan Akademik Milli Dram Teatrının kollektivi aktyorun məzarını ziyarət edib. Hər il unudulmaz aktyorun anım və doğum günündə məzarı ziyarət olunur. Akademik Milli Dram Teatrının binası əsaslı təmirdə olduğu üçün bu il Həsənağa Turabovun xatirəsinə həsr edilən xüsusi tədbir keçirilməyib.
   Qeyd edək ki, 2003-cü il fevralın 23-də dünyasını dəyişən H.Turabov uzun illər bir sıra bədii filmlərdə, tamaşalarda yaratdığı maraqlı surətlərlə özünün yüksək sənətkarlıq bacarığını nümayiş etdirib və sənət tariximizdə layiqli yerini tutub.






Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar