Mədəniyyət və Turizm Nazirliyinin sifarşi ilə “Bizim kino” prodüser mərkəzində istehsal olunan «Müqəddəs varlıq» tammetrajlı filmin çəkilişləri davam edir. Filmin rejissoru “Sarı gəlin” filmindən tanıdığımız rejissor Yavər Rzayevdir. Bu yaxınlarda filmin yaradıcı və texniki heyəti növbəti çəkiliş ekspedisiyasından qayıdıb. Filmdə əsas rollardan birinə - Əşrəf roluna Azərbaycanın xalq artisti Nurəddin Mehdixanlı çəkilir. «Müqəddəs varlıq» filmində təbiət və insan münasibətlərindən, təbiətin insan həyatındakı rolundan, eyni zamanda insanın təbiətə qarşı amansızlığından danışılır. Filmin bir hissəsi Qubanın Xınalıq, Qalaxudat kəndlərində lentə alınıb. Bununla da filmin çox hissəsi çəkilib. Havalar istiləşəndən sonra çəkilişlər Yardımlı rayonunda davam etdiriləcək. Plana görə, film ilin sonunadək təhvil verilməlidir.






Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar