İsti yay günlərində tədbirlər, kitab təqdimatları, şairlərlə görüşlər bir qədər səngimişdi. Amma kitablar çap olunurdu. Ramiz Rövşənin “Sevgi məktubu kimi” kitabı “525-ci qəzet” seriyasından nəşr edildikdən sonra Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda gənc ədiblərlə Ramiz Rövşənin görüşü keçirildi. Məlum olduğu kimi, seriyanın rəhbəri «525-ci qəzet»in baş redaktoru, AYB-nin katibi Rəşad Məcid, redaktoru isə Səlim Babullaoğludur. İl ərzində adıçəkilən seriyadan İosif Brodiski, Orxan Pamuk, Şota İataşvili, Anar, Elçin, Əjdər Ol, Ramiz Rövşən, Ədalət Əsgəroğlunun kitabları nəşr olunub.