«Yaddaş» sənədli filmlər studiyasında Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə istehsal olunan filmlər artıq tamamlanıb. Azərbaycan xalçalarından və onun qədim tarixindən bəhs edən filmin rejissoru Şamil Əliyev, ssenari müəllifi Aydın Talıbzadə, operatoru isə Nizami Abbasdır. Azərbaycan musiqisindən bəhs edən «Sənə bağlıyam, Azərbaycan» adlı filmin rejissoru Ziya Şıxlıniskidir. Filmin ssenarisi Şəhla Hüseynova, operator işi Adil Abbasova məxsusdur. İçərişəhərin tarixinə həsr olunmuş «Daşların əfsanəsi» filminin ssenarisini Kamran İmanov yazıb. Bu sənədli filmin rejissoru Gülnarə Abdullayevadır. Azərbaycan muğamından bəhs edən «Azərbaycan muğamı» filmi haqqında isə ötən saylarımızda xəbər vermişdik. Qeyd edək ki, bu filmin rejissoru Emin Mirabdullayevdir. Adıçəkilən sənədli filmlərin müddəti 15-20 dəqiqədir.
   Aytək







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar