Sabir kitabxanasında “Turan“ ədəbi birliyi “Ulduz” jurnalının poeziya şöbəsinin müdiri şairə Fərqanə Mehdiyeva ilə görüş keçirildi. Tədbiri “Turan” ədəbi birliyinin sədri Vüsal Nuru açdı. Sonra Fərqanə Mehdiyevanın yaradıcılığı ilə bağlı Qəşəm Nəcəfzadə, Musa Ələkbərli, Səxavət Talıblı, Faiq Balabəyli, Oqtay Rza və b. fikirlərini söylədilər. Tədbir Fərqanə Mehdiyevanın öz şeirlərini oxumağı ilə davam etdi. Tədbirdə gənc bəstəkarlar da iştirak edirdilər. Onlar gitara və pianoda gözəl mahnılar ifa etdilər. Ədəbi məclisdə həmçinin Vüsal Nuru, Anar Amin, Kəramət, Tapdıq Türksoy, Qılman İmanlı, Sevinc Mürvətqızı, Fərid Hüseyn yeni şeirlərini oxudular.