Mayın 22-də Heydər Əliyev Sarayında İlyas Əfəndiyevin “Hökmdar və qızı” faciəsi əsasında Elçin Əfəndiyevin ssenarisi ilə çəkilən “Hökmdarın taleyi” filminin geniş şəkildə ilk premyerası keçiriləcək. Bu barədə filmin hazırlandığı “A.S.V.A Profi Studia XXI” prodüser mərkəzinin və filmin baş prodüseri Vaqif Əsədullayev məlumat verib. Film Heydər Əliyevin 2000-ci ildə imzaladığı “İlyas Əfəndiyevin xatirəsinin əbədiləşdirilməsi haqqında” sərəncam əsasında hazırlanıb.
   Xatırladaq ki, “Hökmdarın taleyi” filmi 2 il ərzində hazırlanıb. Ramiz Fətəliyev və Dilşad Fatxulinin quruluş verdiyi filmin quruluşçu operatoru Dilşad Fatxulin, bəstəkarı isə Polad Bülbüloğludur. Filmdə xalq artisti Fəxrəddin Manafov həm aktyorlara ustad dərsləri keçib, həm də baş rolu - İbrahimxəlil xan obrazını canlandırıb.
   
   İntiqam






Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar