Azərbaycanın böyük dramaturqu Cəlil Məmmədquluzadənin iki cilddə "Seçilmiş əsərləri" çap olunub.
   Oxuculara təqdim olunan yeni nəşrin 2-ci cildi akademik İ.Həbibbəylinin aşkara çıxardığı əsərlərdən ibarətdir.
   Məlumat üçün bildirək ki, akademik İ.Həbibbəylinin səyləri nəticəsində C.Məmmədquluzadənin əsərləri Moskvada rus, Pakistanda urdu, Misirdə ərəb, Türkiyədə türk dillərində də işıq üzü görüb.