Xarici cizgi filmləri uşaqların psixologiyasına mənfi təsir göstərir
   
   Cizgi filmləri rəsmli, qrafik, yaxud həcmli obyektlərin (kuklalar və s.) ardıcıl hərəkət etdirilməsi ilə çəkilir. Cizgi filmlərində fantastika, bədii uydurma mühüm yer tutduğuna görə tədqiqatçılar bəzən onu təsviri sənət növlərinə yaxınlaşdırır və kinematoqrafiya texnikasından istifadə edən müstəqil sənət sayırlar. Gerçəkliyi əks etdirmənin xüsusi şərtilik forması olan qrafik cizgi filmi fantastik hadisə və əhvalatların təsviri üçün özünəməxsus ifadə vasitələrinə malikdir. Əhvalatı göstərmək cəhətdən qrafik cizgi filmiylə ayaqlaşa bilməyən həcmli cizgi filmlərin personajlarının təsviri xarakteristikası daha dolğun verilir.   

   Qrafik cizgi filminin əsasını 1908-ci ildə fransız karikaturaçı-rəssamı E.Kol qoymuşdur. Rusiyada ilk həcmli cizgi filmləri 1911-13-cü illərdə rejissor V.Stareviç tərəfindən yaradılmışdır. 20-ci illərdə Qərbi Avropada və Amerikada cizgi filmləri çəkilməyə başlamışdı. ABŞ-da onun istehsal texnologiyası (o cümlədən rəngli) işlənib hazırlanırdı. 30-40-cı illərdə Amerika rejissoru U.Disneyin yaradıcılığı bu sahəyə böyük təsir göstərmişdir. Bu sahədə Çexoslovakiya (Y.Trnka, Q.Tırlova), Polşa (V.Kerli, Y.Lenitsa), Rumıniya (Y.Popesku-Qopo), Bolqarıstan (T.Dinov) və s. kino ustaları mühüm nailiyyətlər qazanmışdır.
   20-ci və 50-ci illərin rejissorlarından İ.İvanov, A.Ptuşko və başqalarının uşaqlar üçün çəkdikləri cizgi filmləri diqqətəlayiqdir.
   Ölkəmizdə ilk cizgi filmi 1936-cı ildə çəkilmişdir. Ancaq müntəzəm olaraq cizgi filmlərin istehsalına 1968-ci ildən başlanmış, 1982-ci ildən «Azərbaycanfilm» kinostudiyası və Azərbaycan televiziyasında bir çox maraqlı cizgi filmləri yaradılmışdır. Bunlardan «Cırtdan», «Fitnə», «Cücələrim», «Tıq-tıq xanım», «Toplan və kölgəsi», «Cırtdanın yeni macəraları», «Danışan işıqlar», «Bir gün yayda» və s. misal çəkmək olar.
   «Göyçək Fatma», «Möcüzələr adası», «Bulud niyə ağlayır?» və s. Ümumittifaq kino və b. cizgi filmləri televiziya filmləri festivallarında mükafatlara layiq görülmüşdür.
   Son zamanlar özəl kanalların efirində xarici ölkələrin istehsalı olan cizgi filmləri çoxluq təşkil edir. Bunu istər bədii, istərsə də cizgi filmlərinə aid etmək olar. Yerli cizgi filmlərimizə isə daha az rast gəlinir.
   Psixoloqlar hesab edirlər ki, xarici cizgi filmləri, bu filmlərdəki sərt süjetlər, amansız səhnələr uşaqların psixologiyasına mənfi təsir edir. Uşaqların tərbiyəsinə cizgi filmlərinin müstəsna təsirini nəzərə alsaq, yaradıcılığın bu sahəsinə həm studiyaların, həm də telekanalların ehtiyatlı yanaşması çox vacibdir.    

   İntiqam







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar