Məşhur aktyor Cim Kerri 1996- cı ildə “Kabel işçisi” filmində ifa etdiyi rola görə, 39 milyon dollar qonorar almışdı. Bu məbləğ indiyə kimi dünyanın ən yüksək qonorarı hesab olunurdu. Lakin məşhur aktyor Tom Henks “Mələklər və şeytanlar” filmində oynadığı rolu ilə bu rekordu təzələməyi bacardı. Əvvəllər bir qədər gizli saxlanılsa da, sonradan məlum oldu ki, aktyor, Den Braunun məşhur ekran əsərində ifa etdiyi rola görə, 50 milyon dollar qonorara layiq görülüb. Onu da qeyd edək ki, “Mələklər və şeytanlar” büdcəsinə görə, Den Braunun “Da Vinçi şifrəsi”ndən sonra çəkilmiş 2- ci ən bahalı ekran əsəridir.

   Könül Nəcəfova