Polyak rejissor, ssenarist, aktyor, şair və rəssam olan Jerzi Skolimovskiyə (Jerzy Skolimowski) festivalın “Ömür boyu uğur” mükafatı verildi.
   “Qızıl Lalə Beynəlxalq yarışma” mükafatı çilili rejissor Pablo Larrainin “Toni Manero” adlı filminə verildi. Bu yarışmada “Jüri xüsusi mükafatı”nı irlandiyalı Yan Fizqibbonun (Ian Fitzgibbon) “Bu filmdə mən varam” (“A Film With Me In It”) adlı filmi aldı.
   “Qızıl Lalə ən yaxşı türk filmi” mükafatını Aslı Özgenin “Körpüdəkilər” (“Köprüdekiler”) adlı filmi qazanıb. Qızıl Lalə ən yaxşı türk rejissoru” mükafatı isə “Uzaq ehtimal” (“Uzak ihtimal”) filminin rejissoru Mahmut Fazıl Coşkunun oldu.
   “Ən yaxşı aktrisa” mükafatına “Pandoranın qutusu” filmindəki rolu ilə Derya Alabora, “Ən yaxşı aktyor” mükafatına isə “Uzaq ehtimal” filmindəki rolu ilə Nadir Sarıbacak layiq görüldülər.
   Festivalın türk filmlərinə bu ildən etibarən verilməyə başlanan “Ən yaxşı ssenari” mükafatını yenə də “Uzaq ehtimal” filmi aldı. Türk filmlərində “Ən yaxşı operator” və “Ən yaxşı musiqi” mükafatlarının qalibləri müvafiq olaraq “Süd” filmi ilə Özgür Eken və “Əlinin səkkiz günü” filmi ilə Nail Yurtsever olublar.
   Pelin Esmerin “11-ə 10 dəqiqə qalmış” (“11"e 10 kala”) adlı filmi jüri xüsusi mükafatına layiq görülüb.
   Qeyd edək ki, Beynəlxalq İstanbul Film Festivalında 16 gün boyunca 7 kinoteatrda 455 seansda 200 film göstərildi. Festivalı 162 min tamaşaçı izlədi. Festivalın qonaqları arasında Piter Qrinvey, Cersi Skolimovski, Con Malkoviç, Françus Ozon, Heddi Honiqmen, Bill Plimpton, Nandita Das, Qoran Paskalçeviç, Kristian Munqi vardı.
   Festivalda göstərilən 70 filmin nümayişi yaradıcı heyətin iştirakı ilə gerçəkləşdi.
  
   Aytək






Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar