“Yaddaş” studiyasında çəkilmiş “Azərbaycan xalçası” sənədli filmi ənənəvi Kann Beynəlxalq Kinofestivalının qısametrajlı filmlər müsabiqəsinə qəbul edilmişdir. Rejissoru Şamil Əliyev, ssenari müəllifi Aydın Talıbzadə olan “Azərbaycan xalçası” filmi Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə istehsal olunub. Filmin rejissoru Şamil Əliyev bundan əvvəl «Təsadüfü görüş» filmi ilə beynəlxalq festivallarda iştirak edərək mükafatlar qazanıb.
   Rejissorun bildirdiyinə görə, artıq o, Kann festivalında iştirak etmək üçün dəvət alıb: «Kann festivalında iştirak etmək üçün Mədəniyyət və Turizm Nazirliyi mənə şərait yaradıb. Hələlik bəzi məsələləri həll etməklə məşğulam. Dəvətdə göstərilib ki, mayın 9-da yola düşməliyəm».
   Qeyd edək ki, «Azərbaycan xalçası» ilk sənədli filmimizdir ki, Kann festivalının qısametrajlı filmlər müsabiqəsində mükafat uğrunda yarışacaq.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar