Aprelin 21-də «Beynəlxalq Bakılı Cəmiyyəti»nin təsis etdiyi «Humay» mükafatının 2008-2009-cu illər üzrə növbəti təqdimetmə mərasimi keçirildi. Maraqlıdır ki, yarandığı ilk illərdə böyük səs-küylə keçirilən mükafatlandırma mərasimi nədənsə son illər geniş ictimaiyyətə ancaq yazılı KİV vasitəsi ilə çatdırılır. Bakılı Cəmiyyətinin elan etdiyi nominasiyalar arasında «Kino»nun olması sevindiricidir. Bu il cəmiyyət bu nominasiya üzrə «Qala» bədii filmini mükafata layiq görüb. Rejissor Şamil Nəcəfzadənin «Azərbaycanfilm» kinostudiyasında ərsəyə gətirdiyi ekran əsəri, bundan əvvəl «Oskar» mükafatında ölkəmizi təmsil etmişdi. Sözügedən cəmiyyətin üzvləri son illər çəkilən filmlər arasında «Qala» filmini tək qoymayıblar. Çünki Oqtay Mirqasımov da «Günaydın, mələyim» filminə görə mükafatlandırılıb.   

   Aylin N.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar